İranın xarici işlər naziri Əmir Abdullahian Marko Curiçi Serbiyanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
İranın xarici işlər naziri ölkəmizin ölkələrin milli suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı prinsipial yanaşmasına toxunaraq, İran İslam Respublikasının Serbiyanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini və hörmətini vurğulayıb.
Əmir Abdullahian deyib: İran İslam Respublikasının qəti siyasəti Balkanlarda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə dəstək vermək və bu regionda bütün etnik qruplar arasında birgə yaşamı təşviq etməkdir.
Bu telefon danışığında Serbiyanın xarici işlər naziri Marko Curiç iranlı həmkarına təbrikinə görə təşəkkür edərək, ölkə hökumətinin ikitərəfli arenada əlaqələrin dərinləşdirilməsi və hərtərəfli genişləndirilməsi, eləcə də beynəlxalq arenada əməkdaşlığın davam etdirilməsi istiqamətində səylərini vurğuladı.
Sizin rəyiniz